De Liqt 5 illik müqaviləyə razılaşdı
09.07.2022 - 15:46

“Bavariya” “Yuventus”un müdafiəçisi Mattiys de Liqtdən əl çəkmir.
Apasport.az saytının məlumatına görə, Münhen klubunun gənc oyunçuya təklif etdiyi müqavilənin təfərrüatları müəyyənləşib.
Almaniya çempionu Niderland millisinin üzvünə 5 illik sözləşmə təklif edib. Tərəflər arasında transferlə bağlı hətta şifahi razılıq da olub. “Bavariya” rəhbərliyi indi də “Yuventus”la ortaq məxrəcə gəlməyə çalışır. Bu transferin 80-90 milyon avro aralığında reallaşması gözlənilir.
Qeyd Mattiys de Liqt ötən mövsüm 42 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
0
0