De Xeadan “Mançester Yunayted” qərarı
11.10.2022 - 22:52

“Mançester Yunayted”in qapıçısı David de Xea gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, bunu ispaniyalı qolkiperin özü açıqlayıb.
O bildirib ki, “Mançester Yunayted”də qalmaq niyyətindədir: “Əlbəttə ki, uzun illər burada qalmaq istəyirəm. Bu klubda xoşbəxtəm. Necə olacağını zaman göstərəcək”.
Qeyd edək ki, de Xea “Mançester Yunayted”ə 2011-ci ilin yayında “Atletiko”dan keçib. 31 yaşlı qolkiperin müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
0
0