
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq mövsümün sonunda komandasını dəyişmək fikrində deyil.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü Kataloniya klubundakı durumundan razıdır.
“Barselona”nın Çempionlar Liqasında uğursuz çıxışı da 25 yaşlı orta sahə oyunçusunun qərarını dəyişmir. De Yonq “Çelsi” və “Mançester Yunayted”in maraq dairəsində olsa da, istənilən təklfi rədd edəcək.
Qeyd edək ki, 2019-cu ildən “Barselona”da çıxış edən Frenki de Yonq qış fasiləsində “Mançester Yunayted”dən təklif alsa da, bunu qəbul etməyib. Onun İspaniya klubu ilə sözləşməsi 2026-cı ilə qədərdir.
- Boksçumuz finalda erməni rəqibini məğlub etdi, qızıl medal qazandı
- Zaur Axundov istefa verdi, legioner limiti və əvəzetmə sayı dəyişdi
- Avropa birinciliyinin mükafatçısı Azərbaycan çempionatına qələbə ilə başladı
- İcraiyyə Komitəsinin qərarları: “İrəvan” I divizionda
- Elmar Baxşıyev: "Ən zəif oyunlarımızdan biri idi"