
“Mançester Yunayted” “Barselona” ilə yarımmüdafiəçi Frenki de Yonqun 65+25 milyon avro qarşılığında transferini razılaşdırıb.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun “qırmızı şeytanlar”a keçidi Kataloniya klubunun ona ötən mövsümdən qalan borcunu hələ ödəməməsi səbəbindən yubanır.
İspaniya təmsilçisinin Niderland millisinin üzvünə ümumi borcu 20 milyon avrodur. Bunun 16 milyonu maaşdan, 4 milyonu isə bonuslardandır. 25 yaşlı orta sahə oyunçusu “Barsa”nın maliyyə durumunu nəzərə alaraq, ödənişlərin təxirə salınmasına razılıq verib.
Qeyd edək ki, ötən mövsüm 45 oyunda 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalan Frenki de Yonqun “Barselona” ilə müqaviləsi 2026-cı ilə qədərdir.
- Vüqar Nadirov: “Qarabağ”ın hazırkı heyəti Çempionlar Liqası üçün yetərli deyil” - Müsahibə
- Messiyə eşq təklif etdi, 22 illik həyat yoldaşı sakit qarşıladı - FOTO
- Şakira Pikeni sirlərini açacağı ilə hədələdi - SƏBƏB
- UEFA-dan Kamal Umudluya növbəti təyinat
- Mövsümlər bitsə də, “Misli”də matç bitmir - VİDEO