
“FourFourTwo” portalı bütün zamanların ən yaxşı italyan futbolçularının adını açıqlayıb.
Apasport.az xəbər verir ki, siyahıda birinci yeri “Fiorentina”, “Yuventus”, “Milan” və “İnter” kimi məşhur komandaların şərəfini qorumuş Roberto Baccio tutub. İtaliya millisinin tərkibində dünya çempionatının bürünc (1990) və gümüş (1994) medallarını qazanmış əfsanəvi hücumçu həm də ikiqat İtaliya çempionu (1994/95, 1995/96), İtaliya (1995) və UEFA kubokununun (1993) qalibidir.
“Milan”ın sabiq müdafiəçisi Paolo Maldini reytinqdə ikinciliyə sahib olub. İlk üçlüyü isə “Parma”, “Yuventus” və PSJ-nin sabiq qapıçısı Canluici Buffon tamamlayıb.
- Velebit: "Stanoyeviç Mahiri “Qarabağ”da oynayanda “Partizan”a gətirmək arzusunda idi" - MÜSAHİBƏ
- Pyotr Kondakov: “Yunanları Bakıda "döyəcəklər”
- 2022-ci ilin ən yaxşı futbolçusu adına 3 namizəd bəlli oldu
- Qılıncoynadanımız Paris-2024-ə yollanır!
- UEFA “Qarabağ”ın ÇL-dəki potensial rəqiblərini 5-ə endirdi - ADLAR