Dembelenin PSJ-yə lazım olmamasının SƏBƏBİ
19.09.2022 - 23:25

“Barselona”nın futbolçusu Usman Dembelenin PSJ-yə keçməməyinin səbəbi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun idman direktoru Luiş Kampuş açıqlayıb.
O bildirib ki, Usman komandanın taktiki sxeminə uyğun gəlmədiyi üçün transfer olunmayıb: “O, vinger kimi çıxış edir. Biz isə fərqli sistemə üstünlük veririk”.
Qeyd edək ki, ötən mövsümün gedişi boyunca Usmanın məhz PSJ-yə keçəcəyi gözlənilirdi.
0
0