Di Mariya fikrindən döndü: “Qalıram”
24.12.2022 - 13:46

Argentina millisinin və PSJ-nin futbolçusu Anxel di Mariyanın yığmadakı gələcəyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bununla bağlı qərar verib.
O, DÇ-2022-dən sonra da milli karyerasını davam etdirəcək. Mundialdan öncə bu turnirin yığmadakı son çıxışı olduğunu açıqlayan Anxel fikrini dəyişib.
Qeyd edək ki, di Mariya yığmadakı 129 matçda 28 qol vurub.
0
0