Donnarumma PSJ ilə bağlı qərar verib
23.01.2025 - 17:32

İtaliyalı qapıçı Canluici Donnarumma PSJ-dəki gələcəyi haqda danışıb.
Apasport.az xəbər verir ki, qolkiper ilk seçiminin Paris klubunun olacağını deyib:
“Klubdakı taleyim? Çox şayiələr var. Həqiqət budur ki, burda xoşbəxtəm və hamı mənə hörmət edir. Prioritetim klubla müqaviləmi uzatmaqdır”.
Donnarummanın hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
0
0