
Türkiyəli ədalət təmsilçisi karyerasını bərpa etməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, qardaş ölkənin FİFA dərəcəli referisi Halil Umut Melerin matçlara təyinat alacağı bildirilir.
37 yaşlı ədalət təmsilçisi 1 aylıq fasilədən sonra karyerasını bərpa etməyə hazırlaşır. O, bu il Almaniyada keçiriləcək Dünya Çempionatında iştirak etməyi hədəfləyir.
Qeyd edək ki, Meler Türkiyə Super Liqasının ötən ilin dekabr ayında keçirilən “Ankaragücü” – “Çaykur Rizəspor” (1:1) matçının sonunda ev sahibi komandanın prezidenti Faruk Kocanın hücumuna məruz qalmışdı. Klub rəsmisinin yumruq zərbəsindən sonra yerə yıxılan referi Kocanın yanındakı adamlar tərəfindən təpiklənmişdi.