Dris Mertens Belçikaya qayıdır
10.07.2022 - 00:01

“Napoli”nin sabiq hücumçusu Dris Mertens ölkəsi Belçikaya qayıtmaq üzrədir.
Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvü “Antverpen”lə danışıq aparır.
“Antverpen” rəhbərliyi 35 yaşlı forvardla 2 illik müqavilə bağlamaq niyyətindədir. Ulduz futbolçu “Napoli”dən ayrıldığından, azad agent statusu daşıyır. Ancaq onunla “Marsel” də maraqlanır.
Qeyd edək ki, Dris Mertens 2013-cü ildən formasını geyindiyi “Napoli”nin heyətində 397 oyunda 148 qol vurub, 90 məhsuldar ötürmə verib.
0
0