Dubravka “qırmızı şeytanlar”ın bir addımlığında
29.08.2022 - 22:12

“Mançester Yunayted” heyətinə yeni qapıçı qatmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” Martin Dubravkanı transfer edir.
“Nyukasl”ın 33 yaşlı qolkiperi yaxın günlərdə yeni klubuna qoşula bilər. Slovakiyalı sonradan 5 milyon funt sterlinqə alınmaq hüququ ilə icarəyə veriləcək.
Şəxsi müqaviləsini razılaşdıran Dubravka “Nyukasl” rəhbərliyindən keçidə razılaşmağı xahiş edib. Ötən mövsüm əsas qapıçı olan slovakiyalı cari çempionatda ehtiyatda qalır.
0
0