Dünən gəldi, bu gün zədələndi: Türk klubunda şanssızlıq
14.01.2025 - 15:36

Türkiyə klublarından "Başakşehir"in yeni transferi Kristofer Operi məşq zamanı zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kot d-İvuarlı futbolçunun sol dizində ikinci dərəcəli gərginlik müşahidə olunub. Futbolçunun müalicəsinə başlanılıb.
Qeyd edək ki, 27 yaşlı futbolçunun İstanbul təmsilçisinə keçidi dünən rəsmiləşmişdi.
0
0