Dünya çempionu vəfat etdi
21.12.2024 - 17:23

İngiltərə millisinin sabiq üzvü Corc İsthem vəfat edib.
Apasport.az xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.
Bu barədə onun keçmiş klubu "Stok Sit" məlumat yayıb.
İsthem 1966-73-cü illərdə "Stok Siti"nin şərəfini qoruyub. O, bundan əlavə “Arsenal”, “Nyukasl” və “Ards”da da oynayıb.
Keçmiş hücumçu 1966-cı ildə İngiltərə millisi ilə dünya çempionu olub.
0
0