Dünyanın ən bahalı qapıçısı açıqlandı
10.07.2023 - 16:02

Dünyanın ən bahalı qapıçıları müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu “CIES Football Observatory” açıqlayıb.
Siyahıya “Arsenal”ın qolkiperi Aron Ramsdeyl başçılıq edir. Onun qiyməti 78,6 milyon avrodur.
Canluici Donnarumma (PSJ) ikincidir – 75,3 milyon avro. İlk “üçlüy”ü Alisson (“Liverpul”) qapayır. Onun dəyəri 66,8 milyon avrodur.
Qeyd edək ki, Ramsdeyl 2021-ci ildən London klubunda çıış edir.
0
0