Dursun Özbek əməliyyat olundu
18.01.2025 - 19:32

Türkiyə Super Liqası təmsilçisi “Qalatasaray”ın prezidenti Dursun Özbek əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Metin Öztürk məlumat yayıb.
Bildirilib ki, tanınmış iş adamına bağırsaq daralması diaqnozu qoyulub. O, bu səbəbdən cərrahi proses keçirib.
Qeyd edək ki, Özbek 2022-ci ildən “Qalatasaray” klubunun prezidenti vəzifəsində çalışır.
0
0