Dzekoya Asiyadan təklif
31.05.2023 - 09:52

Səudiyyə Ərəbistanın “Əl-Hilal” daha bir ulduz futbolçuya təklif göndərib.
Apasport.az saytının məlumatına görə, asiyalılar Edin Dzekonu heyətinə qatmaq qərarına gəlib.
“İnter”in bosniya və herseqovinalı hücumçusuna 2 illik müqavilə təklif olunub. 37 yaşlı forvard bu variantı nəzərdən keçirməyə razılıq verib.
Qeyd edək ki, müqaviləsi bu yay başa çatacaq Dzeko azad agent statusu alacaq.
0
0