“Əl-İttifaq” Hendersondan cavab gözləyir
12.07.2023 - 16:17

“Liverpul”un futbolçusu Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi “Əl-İttifaq” klubundan aldığı təklifi nəzərdən keçirir.
Onun transferini Asiya təmsilçisinin baş məşqçisi Stiven Cerrard istəyir. Futbolçu yaxın günlərdə ərəblərin təklifinə cavab verməlidir. O, 2011-ci ildən “Liverpul”un formasını geyinir.
Qeyd edək ki, Hendersonun transfer qiyməti 10 milyon avro ilə dəyərləndirilir.
0
0