“Əl-İttihad” Salahdan əl çəkmir
28.09.2023 - 15:48

“Liverpul”un futbolçusu Məhəmməd Salahı heyətinə qatmaq istəyən “Əl-İttihad”ın hücumçu ilə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi misirlini transfer etmək fikrindən əl çəkməyəcək.
Asiyalılar İngiltərə klubuna yeni təklif göndərmək fikrindədir. “Əl-İttihad” rəhbərliyi bunun üçün 2024-cü ilin yanvarını gözləyəcək. Həmin vaxt forvardın keçidi üçün danışıqlar bərpa olunacaq.
Qeyd edək ki, “Əl-İttihad” Salah üçün 200 milyon avro təklif edib. Lakin “Liverpul” hücumçunu satmağa razılaşmayıb.
0
0