"Əl-Nəsr"dən "Qalatasaray"a
09.01.2024 - 09:45

"Qalatasaray" yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az "Takvim"ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasından ayrılmaq istəyən Seko Fofana menecerlər tərəfindən "sarı-qırmızılı" komandaya təklif olunub.
Fofana bu mövsümün əvvəlində 3 illik 25 milyon avroya transfer edilmişdi. O, Səudiyyə Ərəbistanı komandasında 19 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 28 yaşlı ulduzun "Əl-Nəsr"lə müqaviləsi 2026-cı ildə başa çatacaq.
0
0