Elanqanın millidən kənarlaşdırılma səbəbi müəyyənləşib
13.11.2024 - 00:27

"Nottingem Forest"in futbolçusu Entoni Elanqa İsveç yığmasının heyətindən kənarda qalıb.
Apasport.az xəbər verir ki, bunun səbəbi bilinib.
Baş məşqçi Yon-Dal Tomasson yarımmüdafiəçidən narazı qalıb. Elanqa Millətlər Liqasının oktyabr ayındakı hazırlığı zamanı şam yeməyinə gecikib.
Qeyd edək ki, İsveç - Azərbaycan matçı noyabrın 19-da baş tutacaq.
0
0