Ərəblər Con Terrini də apardılar
07.09.2023 - 13:32

Səudiyyə Ərəbistanı daha bir tanınmış simanı ölkəyə gətirib.
Apasport.az saytı xəbər verir ki, “Əl-Şabab” klubunu ötənlərin məşhur ingilis futbolçusu Con Terriyə həvalə ediblər.
43 yaşlı veteran müdafiəçi yaxın günlərdə ərəblərlə müqaviləni rəsmiləşdirəcək. “Əl-Şabab” Terrinin baş məşqçilik karyerasında ilk klub olacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Premyer Liqasında “Əl Şabab” cəmi 5 tura 2 xal toplayıb və 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
0
0