
Joze Mourinyo Səudiyyə Ərəbistanında işləməyə hazırdır.
Apasport.az xəbər verir ki, iddialara görə 60 yaşlı portuqaliyalı “Əl-Şəbab”ın sükanı arxasına keçməyə razılıq verib.
“Roma”dan ayrıldıqdan sonra işsiz qalan Mourinyo ərəb komandasının idman direktoru Dominiko Tite ilə onlayn görüşüb və əməkdaşlığa şifahi razılıq verib. Tərəflərin yaxın vaxtlarda Ər-Riyadda görüşərək müzakirələri davam etdirəcəkləri bildirilir.
Qeyd edək ki, “Əl-Şəbab” çempionatda keçirdiyi 19 matçdan sonra 21 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alır. Komanda sonuncu dəfə 2012-ci ildə çempionluq sevinci yaşayıb.