Erik Dayer "Bavariya"da
10.01.2024 - 18:25

"Bavariya" ingilis müdafiəçinin transferini razılaşdırıb.
Apasport.az xəbər verir ki, Münhen təmsilçisi "Tottenhem"in və İngiltərə millisinin müdafiəçisi Erik Dayerin transferi ilə bağlı şifahi razılığa gəlib.
Keçidin qiyməti təxminən 4 milyon avro olacaq. Müqavilə “1+1” sxemi üzrə imzalanacaq.
Dayer 2014-cü ilin yayında "Sportinq"dən "Tottenhem"ə keçib. Onun ingilislərlə razılaşması mövsümün sonunda başa çatırdı.
Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 4 oyun keçirib.
0
0