Erik ten Haq "Mançester Yunayted"də qalacaq
04.07.2024 - 14:36

İngiltərə nəhəngi “Mançester Yunayted” başq məşqçisi Erik ten Haqla müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, niderlandlı baş məşqçinin müqavilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Erik ten Haq açıqlamasında bildirib ki, düşüncələri tamamilə klub rəhbərliyi ilə üst-üstə düşür. Baş məşqçi “qırmızı şeytanlar”a layiq olduğu nəticələri qazandıracağına əmindir.
Qeyd edək ki, “Mançester Yunayted” ötən mövsüm Premyer Liqanı 8-ci pillədə başa vurub, Çempionlar Liqasında isə qrupda son pillədə qərarlaşıb.
0
0