"Everton" "Çelsi"nin futbolçusunu istəyir
26.01.2023 - 01:09

Mərakeş millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyeş tezliklə "Everton"a keçə bilər.
Apasport.az xəbər verir ki, Liverpul təmsilçisi 21 yaşlı Antoni Qordon "Nyukasl"a keçəcəyi halda, onun yerinə 29 yaşlı mərakeşli futbolçunu dəvət etmək istəyir.
"Everton" 25 milyon funt-sterlinq ödəməyə hazırdır və "Çelsi" də oyunçusunu satmağı düşünür.
Qeyd edək ki, Hakim Ziyeş bu mövsüm Premyer Liqada 10 oyuna çıxıb və cəmi 1 məhsuldar ötürmə edib.
- Abdullah Avcı Kimdir? Azərbaycan Millisinin Baş Məşqçisi Postuna Namizədin Həyat Yolu
- "Fənərbaxça" azarkeşləri qəzəblidir - Ozan Tufan bu kluba getdi
- “Qarabağ”ın futbolçusu 4 həftə oynaya bilməyəcək
- “Qalatasaray” Türkiyə millisinin üzvü ilə maraqlanır
- "Fənərbaxça"nın futbolçusu "Beşiktaş"a keçə bilər
0
0