Favr Liqa1 klubuna qayıtdı
27.06.2022 - 17:59

“Nitsa”nın yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Fransa klubu açıqlayıb.
Liqa1 təmsilçisini Lüsyen Favr çalışdıracaq. O, PSJ-nin sükanı arxasına keçəcək Kristof Qaltyeni əvəzləyib.
64 yaşlı mütəxəssisin son iş yeri Dortmund “Borussiya”sı olub. O, Almaniya klubunu 2020-ci ilin dekabrında tərk edib.
Qeyd edək ki, Favr 2016-18-ci illərdə də “Nitsa”ya rəhbərlik edib.
0
0