"Fənərbaxça" Kruniç transferini açıqladı
12.01.2024 - 16:06

"Fənərbaxça" Leonardo Bonuççinin ardından daha bir transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, "sarı-göylü" komandadan verilən açıqlamada Rade Kruniçin transferi üçün "Milan"la prinsipial razılığın əldə edildiyi bildirilib.
Açıqlamada Kruniçin tibbi müayinə üçün İstanbula gələcəyini bildirib: “Futbolçu sağlamlığını yoxlamaq və növbəti görüşlər üçün bu gün İstanbula gələcək”.
0
0