"Fənərbaxça"da Maksimen problemi
23.12.2024 - 18:52

"Fənərbaxça"da ayrılıq yaşana bilər.
Apasport.az xəbər verir ki, klub "Əl-Əhli"dən icarəyə götürdüyü Allan-Sen Maksimeni vaxtından əvvəl komandadan göndərməyi düşünür.
"Sarı-lacivərdlilər" futbolçunun çıxışından razı deyillər. Klub rəhbərliyi artıq onunla vidalaşmağı planlaşdırır.
Türkiyə mətbuatında İstanbul təmsilçisinin bu barədə "Əl-Əhli" ilə danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, "Fənərbaxça" Allan-Sen Maksimeni bu ilin iyul ayında "Əl-Əhli"dən bir mövsümlük icartəyə götürüb.
0
0