“Fənərbaxça”dan 15 milyonluq təklif
10.08.2023 - 16:19

“Mançester Yunayted”in futbolçusu Fred Türkiyənin daha bir klubunun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın istədiyi futbolçuya “Fənərbaxça” da elçi düşüb.
“Sarı-lacivərdlilər” yarımmüdafiəçinin transferi üçün 15 milyon avro təklif edib. İstanbullular həm Fredin özü, həm klubu ilə danışıqlar aparır.
Qeyd edək ki, Fred 2018-ci ildən “Mançester Yunayted”in formasını geyinir.
0
0