
“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski maraqlı bir statistikaya imza atıb.
Apasport.az xəbər verir ki, polşalı futbolçu yarımmüdafiəiçilər arasında bu mövsüm qol + assist yarışında dünyada 1 nömrədir.
Belə ki, 24 yaşlı Şimanski İstanbul klubunda 12 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Polşa millisinin üzvü Səuduyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Taliskanı (20 qol,4 ötürmə) qabaqlayaraq ilk piilədə yer alır. Siyahıda ilk üçlüyü Madrid “Real”ından Cud Bellinqem tamamlayır – 17 qol, 5 assist.
Qeyd edək ki, Super Liqa klubu ili müqaviləsi 2027-ci ilə kimi nəzərdə tutulan Şimanski hazırda Avropanın top-klublarının hədəfindədir.