"Fənərbaxça"nın futbolçusu zədəsini sağaldıb
16.04.2024 - 16:17

"Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş zədəsini sağaldıb.
Apasport.az xəbər verir ki, təcrübəli futbolçu Super Liqanın 33-cü həftəsində “Sivasspor” matçı üçün heyətdə yer alacaq.
29 yaşlı futbolçunun UEFA Konfrans Liqasının 1/4 mərhələsinin cavab oyununda "Olimpiakos"la keçiriləcək matç üçün heyətə düşmə ehtimalı azdır.
0
0