"Fənərbaxça"nın sabiq baş məşqçisi Premyer Liqada - RƏSMİ
19.12.2024 - 23:25

"Vulverhempton"un yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, klubu Vitor Pereyra çalışdıracaq.
Bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Vitor Pereyranın son iş yeri Səudiyyə Ərəbistanında "Əl-Şabab" klubu olub. O, daha öncə Türkiyə "Fənərbaxça"sını da çalışdırıb.
0
0