“Fənər”dən Tuta həmləsi
15.01.2025 - 15:11

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” heyətini gücləndirməyə hazırlaşır.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərdlilər” “Ayntraxt” forması geyinən Tutanı transfer etməyə çox yaxındır.
Keçidin 10 milyon avro + bonuslar şəklində baş tutacağı bildirilib. Braziliyalı mərkəz müdafiəçi də bu transferə müsbət yanaşır.
Qeyd edək ki, 25 yaşlı Tuta bu mövsüm Almaniya klubunun heyətində çıxdığı 23 rəsmi matçda 1 qol vurub. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.
- Təbriz Həsənov: "Azərbaycan Kubokunun sahibi elə "Qarabağ" olacaq" - Müsahibə
- Daha 3 güləşçimiz Təsnifat turnirində yarımfinala yüksəlib
- FİFA-dan “Barselona”ya kompensasiya
- 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə açıqlandı
- Yusuf Laval: "Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik"
0
0