Fil Foden ilin futbolçusu seçildi
21.08.2024 - 11:17

İngiltərə Peşəkar Futbol Assosiasiyası (PFA) Premyer Liqada ilin ən yaxşı futbolçusunu açıqlayıb.
Apasport.az xəbər verir ki, bu, “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Fodendir.
PFA ingilis oyunçunu 2023/24 mövsümünün ən yaxşısı kimi qiymətləndirib.
Foden ötən mövsüm Premyer Liqada 35 oyunda 19 qol vurub, 8 məhsuldar ötürmə edib.
0
0