Fransa klubunun sahibi həbs edildi - Səbəb
23.03.2024 - 12:54

Fransanın "Angers" klubunun sahibi Səid Şaban 1 il şərti cəza ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Apasport.az xəbər verir ki, Şaban təcavüzdə təqsirli bilinib. Futbol xadiminin vəkilləri hökmdən apellyasiya şikayəti veriləcəyini bildiriblər.
Həmçinin bildirilir ki, Şaban yaxın vaxtlarda başqa bir iş - idman agentinin qanunsuz fəaliyyəti və mütəşəkkil dəstənin tərkibində çirkli pulların yuyulması ilə bağlı məhkəmə qarşısına çıxacaq.
"Angers" hazırda Fransa çempionatının İkinci Liqasında çıxış edir və turnir cədvəlində ikinci yerdədir.
0
0