Fransa yığmasının tarixi matçı - 900-cü dəfə
08.09.2023 - 01:16

İrlandiya ilə matç Fransa yığması üçün əlamətdar olub.
Apasport.az saytı xəbər verir ki, komanda tarixində 900-cü oyununu keçirib.
AVRO-2024-seçmə mərhələsinə təsadüf edən qarşılaşma Fransa komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komanda 453-cü dəfə meydanı qələbə ilə tərk edib, 259 görüşdə heç-heçə oynayıb, 188 dəfə uduzub.
Qeyd edək ki, Fransa millisi 131 dəfə “Park De Prens” stadionunda meydana çıxıb.
0
0