Futbol tarixində 13 min qola çatan ilk komanda
01.04.2024 - 12:57

Braziliya A Seriyası komandası olan “Flaminqo” “Nova İquaku”ya vurduğu qollarla tarixi uğura imza atıb.
Apasport.az xəbər verir ki, Braziliya Liqasının A Seriyasının final mərhələsinin ilk oyununda “Flaminqo” öz meydanında “Nova İquakunu” qəbul edib.
Rəqibini səfərdə 3:0 hesabı ilə məğlub edən “Flaminqo”ya qələbə qazandıran qolları Pedro (2) və Ronald dos Santos Silva (avtoqol) vurub.
Pedro matçda komandasının 2-ci qolunu vuraraq, klub tarixinin 13 000-ci qoluna imza atıb.
Beləliklə, Braziliya komandası futbol tarixində bu göstəriciyə çatan ilk komanda oldu.
0
0