Futbol tarixinə düşdü
15.09.2022 - 09:23

Kilian Mbappe Fransa futbolu tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu Çempionlar Liqasında ardıcıl 6 matçda qol vuran ilk fransalı olub.
Ötən mövsümün son 4 qarşılaşmasında da fərqlənən forvard cari qrup mərhələsinin hər iki görüşündə qol sevinci yaşayıb. O, Hayfa “Makkabi”si ilə dünənki qarşılaşmada 3:1 hesablı qələbədə pay sahibi olub.
Qeyd edək ki, Kilian 6 oyunluq seriyasında 8 dəfə rəqib qapısına yol tapıb.
0
0