
Norveç yığmasının hücumçusu Erlinq Haland Millətlər Liqasının II turunda İsveçlə səfər oyununda rəqibin oyunçusu Aleksandr Miloşeviçlə yaşadığı insident barədə danışıb.
Apasport.az saytının məlumatına görə, dublla komandasına 2:1 hesablı qələbə qazandıran gənc forvard Miloşeviçin ona hədə-qorxu gəldiyini söyləyib.
Haland bildirib ki, isveçli müdafiəçi onun ayağını qırmaq istəyində olub: “Əvvəlcə o, məni fahişə adlandırdı. Həmçinin ayaqlarımı sındıracağını dedi. Amma bu dialoqdan dəqiqə yarım sonra qol vurdum. Əla idi”.
Qeyd edək ki, Norveç B liqasının 4-cü qrupunda iki turdan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir.