Harri Keyn Premyer Liqa tarixinə düşdü
10.10.2022 - 12:29

“Tottenhem”in hücumçusu Harri Keyn Premyer Liqa tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Premyer Liqanın X turunda “Brayton”la matçda fərqlənərək bunu bacarıb.
London təmsilçisinin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada yeganə topa imza atan 29 yaşlı futbolçu il ərzində çempionatda 30 qolda yaxından iştirak etməklə rekorda imza atıb. O, builki görüşlərdə 21 qol, 9 məhsuldar ötürmə ilə komandasına kömək edib.
Qeyd edək ki, 9 oyunda 20 xal toplayan “Tottenhem” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
0
0