"Hatayspor" - "Qalatasaray" matçına belçikalı hakim təyin edilib
17.01.2025 - 13:49

Daha əvvəl xəbər verdiyimiz ki, Türkiyə Super Liqasının XX həftəsindən etibarən bəzi matçlarda xarici VAR hakimi iştirak edəcək.
Apasport.az xəbər verir ki, XX turun açılış matçı olan "Hatayspor" - "Qalatasaray" matçının VAR hakimi bəlli olub. Bu barədə TFF məlumat yayıb.
Məlumata görə, VAR-da belçikalı hakim Yan Boterberq iştirak edəcək. Kerem Ersoy AVAR-da çalışacaq.
Qeyd edək ki, qarşılaşma bu gün saat 21:00-da start götürəcək.
0
0