Herri Keyndən unikal nailiyyət
18.09.2024 - 09:57

“Bavariya” Çempionlar Liqasınınn Liqa mərhələsinin I turunda “Dinamo”nu (Zaqreb) darmadağın edib – 9:2.
Apasport.az xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Herri Keyn görüşdə 4 qol vurub.
Forvard bununla da turnirdəki qollarının sayını 31-ə çatdırıb.
O, Çempionlar Liqasında ən çox qol vuran ingilis futbolçu ünvanını əldə edib. Ondan əvvəl bu rekord 30 qolla Ueyn Runiyə məxsus idi.
0
0