İbrahimoviç: “Özümdən yaxşısını görməmişəm”
14.09.2022 - 22:10

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
Apasport.az saytının məlumatına görə, isveçli hücumçu növbəti qeyri-adi açıqlama verib.
O bildirib ki, hələ də özündən yaxşı futbolçu tanımır: “Özümdən yaxşı oyunçu görsəm. Karyeramı bitirməyə hazır olacağam. Amma hələ özümdən yaxşısını görməmişəm”.
Qeyd edək ki, 41 yaşlı forvard 2020-ci ildən “Milan”ın formasını geyinir.
0
0