İbrahimoviçdən qeyri-adi tələb
20.10.2023 - 14:50

Zlatan İbrahimoviçin PSJ-dən ayrıldığı vaxt Fransa klubunun qarşısına qoyduğu tələb bəlli olub.
Apasport.az xəbər verir ki, bunu isveçli hücumçunun özü açıqlayıb.
O, 2016-cı ildə Paris təmsilçisini tərk etdiyi vaxt özünəməxsus şərt irəli sürüb. O, Eyfel qülləsinin onun heykəli ilə əvəz etmələrini istəyib: “Eyfel qülləsini mənim heykəlimlə əvəz etsələr, komandada qalaram. Buna söz verirəm”.
Qeyd edək ki, 2012-16-cı illərdə PSJ-də oynamış İbrahimoviç karyerasını 2023-cü ildə “Milan”da başa vurub.
0
0