İkardi məşqlərə başladı
19.01.2024 - 16:51

"Qalatasaray"ın ulduz forvardı zədədən qayıdıb.
Apasport.az xəbər verir ki, ötən gün İstanbula gələn İkardi, "Qalatasaray "ın bugünkü məşqində iştirak edib.
Xatırladaq ki, Super Liqanın 18-ci həftəsində "Fənərbaxça" derbisində zədələnən Mauro İkardi bir müddətdir ki, formasından uzaq qalıb.
Qeyd edək ki, “Qalatasaray” bazar günü səfərdə “Trabzonspor”la qarşılaşacaq.
0
0