İlkaya daha bir müştəri
03.06.2023 - 16:44

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan daha bir klubun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, almaniyalı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirə bilər.
İlkay “Milan”ın transfer hədəfinə çevrilib. A seriyası təmsilçisi yayda azad agent statusu əldə edəcək futbolçunu transfer məbləği ödəmədən heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, İlkay “Barselona”nın da hədəfindədir. Futbolçu ispaniyalılardan 3 illik müqavilə tələb edib.
0
0