İmmobile "Beşiktaş" üçün İstanbula gəlir
08.07.2024 - 14:52

Yeni mövsüm hazırlıqlarına davam edən “Beşiktaş” yeni tranferini rəsmiləşdirməyə yaxındır.
“Ağ-qaralar” italiyalı hücumçu Çiro İmmobileyə təklif göndərib. Apasport.az xəbər verir ki, Türkiyə mətbuatına görə, artıq futbolçu ilə razılıq əldə olunub.
İmmobilenin yaxın günlərdə İstanbula gəlməsi gözlənilir. Transfer rəsmiləşəcəyi təqdirdə, italiyalı növbəti 2 ildə Türkiyə klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Çiro İmmobilenin 34 yaşı var və Seriya A təmsilçisi “Latsio”ya məxsusdur.
0
0