İngiltərə Premyer Liqası oyunu drona görə dayandırıldı
21.01.2023 - 20:49

İngiltərə Premyer Liqasının XXI turunun "Sauthempton" – "Aston Vila" matçı drona görə yarımçıq dayandırılıb.
Apasport.az xəbər verir ki, oyunun 40-cı dəqiqəsində meydanın üzərində idarə olunan dron görünüb.
Bundan sonra baş hakim görüşü dayandırmaq qərarına gəlib və futbolçuları meydandan kənarlaşdırıb. 15 dəqiqədən sonra oyun yenidən bərpa olunub.
0
0