İnsinye İtaliyaya qayıdır
08.01.2025 - 13:53

“Toronto”nun vingeri Lorenso İnsinye İtaliya çempionatına qayıda bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli”nin keçmiş futbolçusu tezliklə klubunu dəyişəcək. O, A Seriyasına qayıtmaq arzusundadır.
İnsinyenin xidməti “Monza”ya təklif olunub. 33 yaşlı futbolçunun nümayəndələri hazırda mümkün müqaviləni nəzərdən keçirən klubun rəhbəri Adriano Qalliani ilə yaxşı münasibətdədir. O, 2022-ci ilin yayında “Napoli”dən “Toronto”ya keçib.
İtaliyalı futbolçu MLS klubunda 63 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə edib.
0
0