"İnter" çinlilərin əlindən çıxır
24.09.2023 - 13:21

"İnter" komandasının əl dəyişdirilməsi gözlənilir.
Apasport.az saytı xəbər verir ki, Bəhreynə məxsus bir investisiya fondu komandanı 1 milyard 300 milyon avroya almağa hazırlaşır.
"İnter"in sahibi Stiven Zanq klubu satmaq və ya yenidən maliyyələşdirmək arasında seçim qarşısında qalıb. Milan klubu 2024-cü ilin mayına kimi 400 milyon avroluq borcunu ödəməlidir. Çinli biznesmenin təklifdən razı qaldığı və danışıqlara başlamaq istədiyi bildirilir.
Qeyd edək ki, “İnter” 2018-ci ilin oktyabrında 32 yaşlı Zanqın rəhbərlik etdiyi şirkətə satılıb.
0
0